Leysan səbəbindən əksər daxili çaylarda sululuq artdı

saytların hazırlanması

Evə çatdırılma

Leysan səbəbindən əksər daxili çaylarda sululuq artdı

Sosial

15 Aprel 2025 22:44 227


Ölkə ərazisində müşahidə olunan leysan xarakterli intensiv yağıntılar ilə əlaqədar olaraq əksər daxili çaylarda sululuq artıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Avtomat hidroloji stansiyaların aprelin 15-i saat 22:00-a olan məlumatına əsasən ən çox artım Böyük Qafqaz ərazisindən axan çaylarda qeydə alınıb. pizza mizza

Belə ki, Böyük Qafqaz ərazisindən axan Əyriçayda 40 sm, Qarasuçayda 27 sm, Qudyalçay və Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 5 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 37 sm, Köndələnçayda 10 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda 5 sm artım qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!