Hazırda ölkə ərazisinin bəzi yerlərində leysan xarakterli yağış yağır.
Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Düşən yağıntının miqdarı Astarada 15, Qubada 13, Zaqatalada 11, Şabranda 10, Oğuzda 7, Yardımlı, Lənkəran və Qusarda 5, Lerikdə 4, Xaltan, eyni zamanda Bakıda və Abşeron yarımadasında 2, Xaçmaz, Qəbələ, Xızı, Şəki (Kişçay), Kəlbəcər, Laçın, Qubadlıda 1 mm-dək qeydə alınıb. Dördpendirli pizza
Sumqayıt, Şəmkir, Xızı, Qusar, Qrız, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 18-i səhərədək davam edəcəyi gözlənilib.
Telegram kanalımız