“Lider haralıdırsa, partiyada üstünlük həmin regiondan olur”   – REAL funksioneri

saytların hazırlanması

Evə çatdırılma

“Lider haralıdırsa, partiyada üstünlük həmin regiondan olur” – REAL funksioneri

Siyasət

27 May 2020 13:57 1090


 “Azərbaycan siyasətində yerlibazlığın tək səbəbi var. Bütün siyasi partiyaların, təşkilatların bu günə qədər heç bir ideoloji bazası, hekayəsi, ciddi, cəlbedici planı-proqramı olmayıb. YAP necə regionçuluq üzərinə inşa edilibsə, digər siyasi partiyalar da eyni davranıb. Lider və ya idarəetmədə olan şəxs(lər) haralıdısa, partiyada üstünlük də həmin regiondan olub”. 

Yenisabah.az xəbər verir ki, bunu REAL Partiyasının sədr müavini, iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, hətta liderin (idarəedənlərin) özləri bir qırağa, həyat yoldaşlarının haralı olması da həmişə mühim rol oynayıb: “Nə qədər ki məmləkətdə ideoloji təməllər üzərinə inşa edilmiş, dəyərləri, prinsipləri, planı-proqramı olan siyasi təşkilatlar olmayacaq, məhz belə də davam edəcək. REAL yeganə təşkilatdır ki, yaranan gündən bu qısır döngəni sındırmağa çalışıb, az-çox buna nail olmuşuq, amma hələ də ictimai-siyasi səhnədə dəyərlər yox, doğum şəhadətnaməsində yazılan məkan önəmli rol oynayır. Adam utanır, ADR-in quruluşundan 102, müstəqilliyimizin bərpasından az qala 30 il keçməsinə baxmayaraq, hələ də primitiv yerliçilik üzərinə inşa edilmiş siyasi səhnəmiz var. Faciədir...”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!