Liderlər sabah mətbuat konfransı keçirəcək

saytların hazırlanması

Evə çatdırılma

Liderlər sabah mətbuat konfransı keçirəcək

Dünya

14 Avqust 2025 17:55 280


Donald Tramp və Vladimir Putin Alyaskada keçiriləcək sammit zamanı birgə mətbuat konfransı keçirmək niyyətindədirlər.

Yenisabah.az foxnews-a istinadla xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karolayn Levitt bildirib.

"Sabah səhər Tramp Ağ Evi tərk edərək Alyaskadakı, Ankoricdəki hərbi bazaya gedəcək və orada prezident Putinlə təkbətək görüşəcək. Bundan sonra iki ölkənin nümayəndə heyətləri ilə nahar və mətbuat konfransı keçiriləcək". Dominos pizza

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da bildirib ki, Putin və Tramp Alyaskadakı danışıqlardan sonra birgə mətbuat konfransı keçirəcəklər.

Tramp cümə günü Ankoricdəki Elmendorf-Riçardson Hərbi Hava Qüvvələri bazasında Putinlə görüşəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!