Liderlərin növbəti görüşü: Niyə məhz Əbu-Dabi?

saytların hazırlanması

Evə çatdırılma

Liderlərin növbəti görüşü: Niyə məhz Əbu-Dabi?

Siyasət

09 İyul 2025 16:42 682


“BƏƏ variantı məhz o baxımdan seçildi ki, bu ölkənin həm Azərbaycanla, həm də Ermənistanla kifayət qədər normal münasibətləri var. Xüsusilə Azərbaycanla münasibətlər ciddi şəkildə inkişaf etməkdədir. Vasitəçilik deməyək, amma bu cür görüşlərə ev sahibliyi ənənəsi BƏƏ-də var”. 

Bu sözləri "Yeni Sabah"a politoloq Oqtay Qasımov deyib.

Siyasi şərhçi bildirib ki, bu görüşün keçiriləcəyi ilə bağlı ehtimallar yüksək idi: Sezar pizza

“Azərbaycan və Ermənistan rəhbərlərinin bu görüşü ilə bağlı bir müddət öncə məlumatlar yayılmışdı. Doğrudur, rəsmən təsdiq olunmasa da. Son dövrlər diplomatik trafikə diqqət etdikdə, bu ehtimal güclənirdi.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər nazirinin həm Azərbaycan, həm də Ermənistan xarici işlər nazirləri ilə telefon danışıqları, o cümlədən bu ölkə nümayəndəsinin İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısında iştirak üçün Xankəndiyə gəlməsi fərziyəyə reallıq gücü verirdi.

Şübhəsiz, görüşün Moskvada keçirilməsini Ermənistan istəmirdi. Çünki bəyan olunmasa da, İrəvan və Moskva arasında kifayət qədər ciddi problemlərin olduğu aşkardır. Tehran isə bu tip görüşlərə, adətən, ev sahibliyi etmir. Eyni zamanda, Qərbdə də bu variant xoş qarşılanmaz. Ankaraya gəlincə, Azərbaycanın razılığı olsa da, erməni cəmiyyəti belə bir görüşü müsbət qəbul etməz.

BƏƏ variantı məhz o baxımdan seçildi ki, bu ölkənin həm Azərbaycanla, həm də Ermənistanla kifayət qədər normal münasibətləri var. Xüsusilə Azərbaycanla münasibətlər ciddi şəkildə inkişaf etməkdədir. Vasitəçilik deməyək, amma bu cür görüşlərə ev sahibliyi ənənəsi BƏƏ-də var”. 

O. Qasımov diqqətə çatdırıb ki, sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın 2 tələbi yerinə yetirilməlidir:

“Düşünürəm ki, bu görüşün keçirilməsinə müəyyən ehtiyac var idi. Nəzərə alsaq ki, həm bölgədə, həm də dünyada çox ciddi proseslər getməkdədir və proseslər özü ilə müəyyən çağırışlar gətirir. Ermənistanda da başa düşürlər ki, sülh müqaviləsi ilə bağlı proseslər sürətlənməlidir. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması məsələsi də yubadılmamalıdır.

Fikrimcə, bu görüşdə bir çox istiqamətlər üzrə çox ciddi müzakirələr olacaq. Amma düşünmürəm ki, yekun sülh müqaviləsi imzalansın. Çünki sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın 2 tələbi yerinə yetirilməlidir”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!