Liftdə 4 gün ac-susuz qaldı

saytların hazırlanması

Evə çatdırılma

Liftdə 4 gün ac-susuz qaldı

Dünya

10 Sentyabr 2025 09:15 294


Almaniyanın Osnabrük şəhərində 74 yaşlı bir təqaüdçü yaşadığı binanın liftində qalıb və burada dörd gün ərzində nə yemək yeyib, nə də su içib.

Yenisabah.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Hadisə iyul ayında baş verib. Kişi mənzilinə qalxarkən lift xarab olub. Fövqəladə vəziyyət düyməsi isə işləməyib. Təqaüdçü nəfəs almaqda çətinlik çəkməmək üçün kabinənin qapısını qismən sındırmağa məcbur olub. pizza mizza

Almaniyalı kişinin həyatını onun oğlu xilas edib. Bir neçə gün ərzində atasına zəng çatmayan oğul vəziyyətdən narahat olaraq polisə müraciət edib. Polis əməkdaşları mənzilə gəldikdə, liftdən zəif bir səs eşidiblər. Onlar qapını sındıraraq kişini liftdən çıxarıblar.

Təqaüdçü dərhal xəstəxanaya yerləşdirilib./Axşam.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!