Limonçik: “Bir limonu 15 min manata satmışam” - Video

saytların hazırlanması

Evə çatdırılma

Limonçik: “Bir limonu 15 min manata satmışam” - Video

Sosial

03 İyul 2023 23:42 1692


“Moskvada bir limonu 15 min manata satmışam. Pulu verdi ki, xərcləyərsən. Mən də ona limon verdim”.

Bunu Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində “Limonçik Əli” adı ilə fenomenə çevrilən Əli Həsənov deyib.

Onun sözlərinə görə, tanındıqdan sonra limonun birini 100 manata satmağa başlayıb. pizza mizza

“Limonçik Əli” efirə çıxmaq üçün qonorar aldığını da söyləyib:

“Bəzi blogerlər var ki, verilişlərə pul verib çıxırlar. Mən bunu heç vaxt etməmişəm”.

Əli Rusiyada ona ev verilməsindən də bəhs edib:

“Limon satırdım. Polislər dedilər ki, icra hakimi bura gəlir, getməlisən. Nə qədər məcbur etsələr də, getmədim. Gələndə məni yanına çağırdı, öpdü, dedi ki, sabah ofisimə gələrsən. Gedəndə soruşdu ki, nəyə ehtiyacın var? Dedim ki, ev istəyirəm. Daha sonra mənə 2 otaqlı ev verildi”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!