Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Linfild" (Şimali İrlandiya) - "Qarabağ" ilk oyunu üçün hakim təyinatları açıqlanıb.
"Yeni Sabah" xəbər verir ki, matçın baş hakimi İsveçrə Futbol Federasiyasından 31 yaşlı Sandro Şerer olacaq. Ona Stefan de Almeyda və Bekim Zoqay köməklik edəcək. Dördüncü hakim funksiyasını Fedayi San yerinə yetirəcək.
Qeyd edək ki, 22 avqust keçiriləcək "Linfild" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə 22:45-də başlayacaq. pizza hut
Telegram kanalımız