Lisenziya turniri üçün millimizin heyəti açıqlandı -   Video

saytların hazırlanması

Evə çatdırılma

Lisenziya turniri üçün millimizin heyəti açıqlandı - Video

İdman

07 Mart 2021 09:09 540


Qadın güləşi üzrə Azərbaycan yığma komandası Macarıstanda təlim-məşq toplanışı keçir.

Yenisabah.az xəbər verir ki, fevralın son günlərində Ukraynada beynəlxalq turnirdə iştirak etmiş milli üzvləri daha sonra Kiyevdən Budapeştə yollanıb. Martın 18-də həmin şəhərdə start götürəcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyan toplanışda Azərbaycan, Macarıstan, Əlcəzair, Moldova, Rumıniya və Bolqarıstan komandaları iştirak edir.

Dörd gün davam edəcək lisenziya yarışında Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (68 kq) və Gözəl Zutova (76 kq) çıxış edəcək. Onlarla yanaşı, millinin lideri və ən titullu qadın güləşçisi Mariya Stadnik (50 kq) də hazırlıq prosesində yer alıb. Dördpendirli pizza

Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında yığma turnirin startına qədər Budapeştdə həm taktiki-texniki, həm də fiziki hazırlıq üzərində çalışacaq. (Report)

Qeyd edək ki, sərbəst və yunan-Roma güləşi üzrə yığmalar lisenziya yarışına Bakıda hazırlaşır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!