Lisey direktorunun evindən külli miqdarda oğurluq olub   - Bakıda

saytların hazırlanması

Evə çatdırılma

Lisey direktorunun evindən külli miqdarda oğurluq olub - Bakıda

Kriminal

13 Aprel 2020 11:34 10317


Bakıda tanınmış lisey direktorunun evindən külli miqdarda oğurluq olub. 

“Yeni Sabah”ın məlumatına görə, Xətai rayonunda yerləşən Heydər Əliyev adına liseyin direktoru Orucova Sevinc Rafiq qızı evindən oğuluq olması ilə bağlı Yasamal rayon Polis İdarəsinə şikayət edib. O, ərizəsində uşağının dayəsi İ.G Əhməd qızından şikayətçi olub. 

Daxil olmuş ərizə əsasında araşdırmalara başlanılıb və fakta görə Cinayət məcəlləsinin 177.3.2-ci ( oğurluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Şübhəli şəxs qismində saxlanılan İ.G isə həbs edilib. Bundan sonra təqsirləndirilənin müdafiəçisi Ziya Ələsgərov saxlanılan şəxsin ev dustağlığına buraxılması ilə bağlı vəsatət verib və hakim Murad Məmmədov vəsatəti təmin edərək qadını azadlığa buraxıb.  Sezar pizza

Vəkilin sözlərinə görə, təqsirləndirilən şəxs əvvəllər Sevinc Orucovanın direktor olduğu məktəbdə laborant vəzifəsində çalışıb, sonra isə onun uşağının dayəsi olub. Ancaq o, heç bir oğurluq cinayətini törətməyib. 

Qeyd edək ki, zərərçəkən qismində tanınan Sevinc Orucova qalmaqallı direktor kimi tanınır. Belə ki, o, Sevda Məhərrəmova adlı müəllimi öz həmkarını müdafiə etdiyinə görə məktəbdə dərs saatlarını azaldıb. Həmçinin şagirdləri müxtəlif bəhanələrlə dərslərdə iştirak etməyə buraxmamaqla yadda qalıb. 

Azər İsrafilov

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!