Lisey və gimnaziyalara qəbul qaydaları niyə dəyişdirildi? - RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Lisey və gimnaziyalara qəbul qaydaları niyə dəyişdirildi? - RƏSMİ AÇIQLAMA

Sosial

27 May 2025 19:09 425


"Yeni yanaşma lisey və gimnaziyalara qəbul prosesinin VI sinifdə təhsil alan (yəni növbəti il VII sinfə keçəcək) şagirdlərlə məhdudlaşdırılmasını nəzərdə tutur".

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Təhsil İnstitutundan bildirilib.

"Bu dəyişiklik lisey və gimnaziyalara şagirdlərin daha dolğun akademik və psixoloji hazırlıq səviyyəsində qəbulunu təmin etmək məqsədi daşıyır. Beynəlxalq təcrübələr göstərir ki, təmayül əsaslı seçimlər erkən yaşlarda deyil, müəyyən baza bilikləri formalaşdıqdan sonra aparıldıqda daha ədalətli və səmərəli nəticələr əldə edilir. pizza

Nəzərdə tutulduğu kimi, lisey və gimnaziyaların VII siniflərinə qəbul əvvəlcədən elan olunduğu qaydada keçiriləcək. Digər yaş qrupları üzrə qəbul prosedurlarına dair əlavə məlumatlar isə yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək" , - deyə məlumatda bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!