Litva dronu Belarus sərhədini pozaraq qəzaya uğradı

saytların hazırlanması

Evə çatdırılma

Litva dronu Belarus sərhədini pozaraq qəzaya uğradı

Dünya

01 Dekabr 2025 20:56 651


Litvadan buraxılan pilotsuz uçuş aparatı Belarus sərhədini keçərək Qrodno şəhərində yerə düşüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib.

Qeyd olunub ki, PUA noyabrın 30-da Litvanın Lazdiya rayonundan Belarus hava məkanına daxil olub. Sözügedən PUA Qərbi Avropa istehsalıdır. Dördpendirli pizza

Yaddaş kartının məzmunu və naviqasiya məlumatlarının təhlili nəticəsində məlum olub ki, dron Belarus ərazisi üzərindən uçaraq, Polşaya daxil olmalı və Litvaya qayıtmalı idi./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!