Livan ordusu ölkənin ən böyük narkotik alverçisini həbs etdi

saytların hazırlanması

Evə çatdırılma

Livan ordusu ölkənin ən böyük narkotik alverçisini həbs etdi

Dünya

21 Noyabr 2025 00:39 578


Livan ordusu xüsusi əməliyyatla ölkənin ən böyük narkotik taciri kimi tanınan Nuh Zaiteri həbs edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Livanın "Al Jadeed" televiziyası məlumat yayıb.

Nuh Zaiter Baalbekdə saxlanılıb. pizza sifarişi

Nuh Zaiter ölkənin ən təhlükəli və nüfuzlu cinayətkarlarından biri kimi tanınır. O, Livanın şərqində yerləşən Bekaa vadisində qeyri-qanuni narkotiklərin istehsalı və ticarəti ilə məşğul olan böyük şəbəkəyə rəhbərlik edir. Zaiter uzun müddət silahlı qruplara nəzarəti və bölgədəki nüfuzu sayəsində həbsdən müvəffəqiyyətlə yayına bilib.

Bəzi KİV-lər onun fəaliyyətinin müxtəlif siyasi qüvvələrlə bağlı olduğunu iddia edirdilər. Livan hərbi məhkəməsi bundan əvvəl Zaiteri narkotik və silah qaçaqmalçılığına, habelə silahlı münaqişələrdə iştiraka görə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum etmişdi. /Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!