Livanda iqtisadi böhran - Ölkə qaranlığa qərq oldu

saytların hazırlanması

Evə çatdırılma

Livanda iqtisadi böhran - Ölkə qaranlığa qərq oldu

Dünya

10 İyul 2021 11:25 887


İqtisadi böhran səbəbi ilə Livanda yanacaq çatışmazlığı yaranıb. Belə ki, valyuta çatışmazlığı səbəbindən Livan xarici enerji tədarükçülərinə pul ödəməkdə çətinlik çəkir.

Yenisabah.az xəbər verir ki, bu səbəblə ölkədə iki elektrik stansiyasının işi dayanıb. Nəticədə Livanın böyük bir hissəsi qaranlığa qərq olub.

Məsələ ilə bağlı açıqlama verən elektrik stansiyalarının sahibi “Electricite Du Livan” (EDL)  ölkənin elektrik ehtiyacının yüzdə 40-nı təmin edən “Deyr Ammar” və “Zahrani” elektrik stansiyalarının  tamamilə bağlanacağını açıqlayıb. Daha sonra EDL  Zahle şəhərinin sakinlərini elektrik istehlak nisbətlərini minimuma endirməyə çağırıb və Livan boyunca elektrik enerjisi təchizatının müddətsiz kəsildiyini bildirib. Çünki yağ yüklü tankerlər isə sahiblərinin hesabına pul köçürülənə qədər yükü boşaltmağı rədd edib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!