Livandan 500-ə yaxın “ASALA” üzvünün Qarabağa yollandığını bildirir

saytların hazırlanması

Evə çatdırılma

Livandan 500-ə yaxın “ASALA” üzvünün Qarabağa yollandığını bildirir

Dünya

03 Oktyabr 2020 09:28 1602


Ermənistan təbliğatının durmadan bütün dünyaya Azərbaycanın Qarabağdakı döyüşlərə Suriyadan muzdlular cəlb etdiyi haqda saxta xəbərlər tirajladığı bir vaxtda düşmən ölkənin tərəfində döyüşmək üçün Livandan yüzlərlə “ASALA” terrorçusunun gətirildiyi məlum olub. “Yeni Sabah” xəbər verir ki, bu haqda “Novaya qazeta” yazıb.

Qəzetin yazdığına görə, Suriya erməniləri, əsasən Bəşər Əsədin tərəfdarları Ermənistanı dəstəkləmək üçün Dağlıq Qarabağa yola düşür. Onları qonşu Livandan olan ermənilər də dəstəkləyir.

“Livan Daxili İşlər Nazirliyinin qapalı informasiyasına görə son günlər bu ölkədən 500-ə yaxın etnik erməni Dağlıq Qarabağdakı döyüş meydanına getmək üçün Livanı tərk edib”,-qəzet yazır. pizza sifarişi

Xatırladılır ki, Livanda uzun illər  türklərə qarşı partizan müharibəsi aparan silahlı erməni qruplaşmaları fəaliyyət göstərib. Məsələn, ASALA terror təşkilatı 1975-ci ildən 1990-cu ilə qədər fəaliyyət göstərib, daha sonra silahlı mübarizədən əl çəkib siyasi mübarizəyə keçdiyini elan edib. /Virtualaz.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!