Sentyabrın 17-dən 24-ə qədər olan həftə ərzində 90 mindən çox insan Livanın cənubundakı evlərini tərk edərək ölkənin digər bölgələrinə sığınmaq məcburiyyətində qalıb.
Yenisabah.az xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) məlumat yayıb.
Bəyanatda deyilir: “İsrail və "Hizbullah" arasında silahlı münaqişənin əhəmiyyətli dərəcədə kəskinləşməsindən sonra UNRWA Livanda təcili yardım göstərməyə başlayıb. BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 17-24 sentyabr tarixləri arasında 90 530 nəfər məcburi köçkün vəziyyətinə düşüb”. Toyuqlu pizza
İntensiv hava hücumları nəticəsində Livanın cənubunda yaşayan on minlərlə dinc sakin sığınacaq axtarmaq üçün hazırda Beyruta və ölkənin daha şimal bölgələrinə doğru hərəkət edir.
Telegram kanalımız