Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.
"Yeni Sabah" xəbər verir ki, turnirin son qalibi "Liverpul" (İngiltərə) doğma meydanında "Atletiko" (Ispaniya) ilə qarşılaşıb. Komandalar arasında ilk qarşılaşma Madrid klubunun qələbəsi ilə başa çatıb - 1:0. Cavab matçı isə olduqca maraqlı sonluqla bitib. Oyunun 90 dəqiqəsi Liverpulun 1-0 hesablı qələbəsi ilə başa çatıb. Belədə əlavə vaxta ehtiyac yaranıb. Əlavə vaxtda isə ingilislər üçün əsl şok yaşanıb. Onlar daha bir qol vurub hesabı 2-0 etsələr də, qonaqlar 3 qol vurub qələbə qazanaraq 1/4 finala adlayıblar.
Günün digər oyununda isə "Borussiya" (Dortmund, Almaniya) PSJ-nin (Fransa) qonağı olub. İlk oyunda Dortmund təmsilçisi 2:1 hesabı ilə qalib gəlmişdi. Bu matçda isə PSJ 2 cavabsız qolla adını 1/4 finala yazdırıb. Toyuqlu pizza
11 mart
00:00. PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) - 2:0
Qollar: Neymar, 28, Bernat, 45+1
İlk oyun – 1:2
Baş hakim: Entoni Taylor (İngiltərə)
Paris. “Park de Prens”
00:00. “Liverpul” (İngiltərə) – “Atletiko” (İspaniya) - 2:3
Qollar: Veynaldum, 43, Firmino, 94, - Llorente, 97, 105+1, Morata, 120
İlk oyun – 0:1
Baş hakim: Danni Makkeli (Niderland)
Liverpul. “Enfild Roud”
Telegram kanalımız