İngiltərə Premyer Liqasında (İPL) XXVII tur davam edir.
Yenisabah.az xəbər verir ki, “Bornmut” öz meydanında “Liverpul”la qarşılaşıb.
Cari mövsümdə uğursuz çıxış edən "Liverpul" autsayderlə səfər qarşılaşmasından xalsız ayrılıb. Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşmış meydan sahibləri Billinqin 28-ci dəqiqədə vurduğu qolla qonaqları məğlub ediblər. Dominos pizza
Xallarının sayını 24-ə yüksəldən “Bornmut” turnir cədvəlində 16-cı sıraya yüksəlib. Mersisaydlılar isə 42 xalla 6-cı yerdə qalıblar.
Telegram kanalımız