“Liverpul” “Borussiya”nın hücumçusu Erlinq Haalandı transfer etməyəcək.
Yenisabah.az xəbər verir ki, bu haqda klubun baş məşqçisi Yurgen Klopp məlumat verib.
“Biz hətta onu transfer etmək niyyətinə yaxınlaşmayacağıq da. Onun KİV-də yayımlana transfer qiyməti sadəcə, dəlilikdir. Bu mənada, bizim bu transferdə heç bir şansımız yoxdur. Düzü, heç özüm də belə sövdələşmə istəmirəm. Bu, xoş deyil” – deyə Klopp “Bild” nəşrinə bildirib. Marqarita pizza
Alman KİV-lərinin yaydığı xəbərə görə, Haalandın transfer qiyməti 300 milyon avro təşkil edir.
Telegram kanalımız