Mərakeşlə matçla bağlı vətəni Qvineyaya gedən "Liverpul"un yarımmüdafiəçisi Nabi Keyta hərbi çevriliş ucbatından ölkədən çıxa bilmir.
Yenisabah.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi çevrilişdən sonra hava və quru sərhədləri bağlandığı üçün ölkədə qalıb.
Futbolçunun əsir götürülməsi ilə bağlı müəyyən məlumatlar yayılıb. Toyuqlu pizza
Lakin “Liverpul” klubu Keytanın əsir götürüldüyü iddialarını rədd edərək, onun İngiltərəyə qayıda bilməsi üçün müəyyən danışıqlar aparmağa başlayıb.
Xatırladaq ki, ölkədə baş verən hərbi çevrilişdən sonra Qvineya-Mərakeş matçı təxirə salınıb.
Telegram kanalımız