“Liverpul” xal itirdi, Qvardiola fürsəti qaçırmadı

saytların hazırlanması

Evə çatdırılma

“Liverpul” xal itirdi, Qvardiola fürsəti qaçırmadı

İdman

05 Dekabr 2024 17:24 868


İngiltərə Premiyer Liqasının 14-cü turunda lider “Liverpul” “Nyukasl” səfərində 2 xal itirib. Əvvəldən sonadək prinsipial fonda davam edən matçda 3-3 bərabərlik qeydə alınıb.

Yenisabah.az xəbər verir ki, “mersisaydlılar”ın büdrəməsindən istifadə edən “Çelsi”, “Arsenal” və “Mançester Siti” həftəni qələbə ilə bitirib. “Zadəganlar” “Southempton”dan, “topçular” “Mançester Yunayted”dən, “şəhərlilər” isə “Nottinqem”dən üstün olub.

Son turun nəticələrinə əsasən, “Liverpul” 14 oyundan 35 xal toplamağı bacaran “Liverpul” liderdir. “Londonlu qardaşlar” “Çelsi” və “Arsenal”ın hərəyə 28 xalı var. 6 oyunluq məğlubiyyət seriyasından sonra ilk qələbəsini qazanan “Mançester Siti” isə 26 xalla 4-cüdür.  Pepperoni pizza

Bu mövsüm dünyanın 1 nömrəli liqasında olduqca gərgin mübarizənin olacağını demək olar. “Liverpul” Çempionlar Liqasında çempionluq hədəfindədir və hər iki turnirdə balanslı nəticələr qazanmağa çalışır. “Arsenal” və “Çelsi” isə bütün gücü ilə daxili liqada uğur qazanmağa köklənib. Son çempion “Mançester Siti” isə üst-üstə 5-ci çempionluğu əldə etmək niyyətindədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!