Liverpulda parad zamanı azarkeşlərin üzərinə maşın sürdü - Onlarla yaralı var

saytların hazırlanması

Evə çatdırılma

Liverpulda parad zamanı azarkeşlərin üzərinə maşın sürdü - Onlarla yaralı var

Dünya

27 May 2025 10:50 229


İngiltərə Premyer Liqasında qələbə şərəfinə keçirilən bayram paradında avtomobil "Liverpul" klubunun azarkeşlərinin izdihamına çırpılıb.

Yenisabah.az  xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə dördü uşaq olmaqla 47 nəfər yaralanıb.

Onlardan 27-si xəstəxanaya yerləşdirilib, ikisinin vəziyyəti ağırdır. Sezar pizza

Hüquq-mühafizə orqanlarının məlumatına görə, şübhəli şəxs Liverpulda yaşayan 53 yaşlı kişi olub. Hadisə terror aktı kimi qiymətləndirilmir.

Xatırladaq ki, "Liverpul" İngiltərə Premyer Liqasının 38 turunda 84 xal toplayaraq 2024/2025 mövsümündə İngiltərə çempionu olub. İkinci pillədə qərarlaşan "Arsenal"la fərq 10 xal olub./BAKU.WS

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!