“Liverpul”dan Məhəmməd Salaha qadağa - Ölkəsinə gedə bilməyəcək

saytların hazırlanması

Evə çatdırılma

“Liverpul”dan Məhəmməd Salaha qadağa - Ölkəsinə gedə bilməyəcək

İdman

23 Avqust 2021 16:51 1411


Misir millisinin üzvü Məhəmməd Salah DÇ-2022-nin seçmə mərhələsində Anqola və Qabonla görüşlərdə iştirak edə bilməyəcək.

Yenisabah.az xəbər verir ki, bu  barədə Misir Futbol Federasiyası məlumat yayıb. 29 yaşlı hücumçunu klubu "Liverpul"un yığmaya buraxmadığı bildirilib:

“Liverpul”dan UEFA-ya daxil olan məktubda klub Salahı milliyə buraxa bilməyəcəyi üçün üzr istəyir. Məktubda qeyd edilib ki, koronavirusun yayılmaması üçün İngiltərədə tətbiq olunan tədbirlər bir sıra ölkələrdən gələn oyunçuların qayıtdıqdan sonra karantinə alınmasını tələb edir”. pizza sifarişi

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!