Liviya hakimiyyəti qiyamçılarla danışıqlara başlayır   – Həftər silahı yerə qoyur

saytların hazırlanması

Evə çatdırılma

Liviya hakimiyyəti qiyamçılarla danışıqlara başlayır – Həftər silahı yerə qoyur

Dünya

02 İyun 2020 15:04 914


Birləşmiş Millətlər Təşkilatının Liviyaya Dəstək Missiyası maraqlı açıqlama ilə gündəmə gəlib. 

Yenisabah.az xəbər verir ki, açıqlamaya görə, Liviya hökuməti ilə ölkənin şərqindəki qiyamçı qüvvələrin başçısı Xəlifə Həftər atəşkəs danışıqlarına təkrar başlamağı qəbul edib. 

Bildirək ki, atəşkəs barədə danışıqlar və təhlükəsizlik tədbirləri, BMT missiyasının 23 fevralda 5+5 formatında birgə hərbi komitə müzakirələrində təqdim etdiyi razılaşmaya əsasən, gerçəkləşəcək. BMT tərəflərin bu qərardan olduqca məmnun qaldıqlarını vurğulayıb: "Tərəflər ən qısa zamanda ləyaqətli və təhlükəsiz bir həyata qovuşmaq istəyən liviyalıların çağırışları üzərinə təkrar dialoq masasına oturmağı qəbul edib. Bu çox sevindirici haldır. Silahlı toqquşmaların dayanması, Liviya hakimiyyətinin bütün imkanlarını koronavirusla mübarizəyə yönəltməsinə və liviyalıların ehtiyaclarının qarşılanmasına səbəb olar ki, bu da mühim əhəmiyyət kəsb edir".  Toyuqlu pizza

Bildirək ki, müzakirə edilən tərəflərdən heç biri hələlik bu haqda rəsmi açıqlama verməyib. Xatırladaq ki, Almaniyada yanvar ayında baş tutan Berlin konfransından sonra iştirakçı ölkələr və liviyalı tərəflər arasında ölkədəki böhranı aradan qaldırmaq üçün BMT nəzarətində olan üç fərqli müzakirə masasının qurulması qərarlaşdırılmışdı. Danışıqlardan biri Liviya hökuməti və Xəlifə Həftəri təmsil edən təhlükəsizlik nümayəndələrinin iştirak etdiyi "5+5" adlandırılan müzakirə idi. Lakin danışıqların davam etdiyi bir zamanda Xəlifə Həftərə bağlı qıyamçıların paytaxt Tripoliyə hücumları davam etdirdi. Nəticədə isə fevral ayında danışıqlar təxirə salındı. 

Sayad Həsənli

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!