Liviyada güclü daşqınlar nəticəsində dörd futbolçu öldü

saytların hazırlanması

Evə çatdırılma

Liviyada güclü daşqınlar nəticəsində dörd futbolçu öldü

İdman

14 Sentyabr 2023 09:35 654


Liviya Futbol Assosiasiyası "Daniel" qasırğasından sonra daşqınlar nəticəsində ən azı dörd futbolçunun öldüyünü açıqlayıb. 

Yenisabah.az-ın xəbərinə görə, qurumdan "Al Jazeera" kanalına bildirilir ki, ölən futbolçular “Şahin Əl-Camil, Saleh Sassi, Əl-Hüseyn Şaluf və Muntera Sadakidir.

Ötən həftə sonu Aralıq dənizi fırtınası Liviyanın şərqində daşqınlara səbəb olub, ölkənin bir çox ərazisini elektrik və rabitəsiz qoyub, yaşayış binalarını və yolları su basıb. İlkin məlumatlara görə, 5,3 mindən çox insan ölübb, 10 mindən çox insan isə itkin düşmüş hesab olunur. pizza sifarişi

Liviyada üç günlük milli matəm elan edilib. Qasırğa və daşqınlardan zərər çəkmiş bütün ərazilər fəlakət zonası kimi tanınıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!