Bakıda yük avtomobili və minik avtomobili toqquşub.
Yenisabah.az xəbər verir ki, Lökbatan-Xocasən avtomobil yolunun 2.5-ci kilometrində Rəhim Nuriyevin idarə etdiyi “Tofaş” markalı avtomobillə Umud İbrahimovun idarə etdiyi “MAZ 543302-2120“ markalı yük avtomobilinin toqquşub.
Nəticədə “Tofaş" markalı avtomobildə sərnişin 1991-ci il təvəllüdlü Sadiq Həsənov xəsarətlərdən hadisə yerində ölüb. pizza
Qaradağ rayon polis idarəsinin istintaq şöbəsində fakta görə cinayət işi başlanılıb.
Telegram kanalımız