London Məhkəməsi SOCAR-ın xeyrinə qərar qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

London Məhkəməsi SOCAR-ın xeyrinə qərar qəbul etdi

Kriminal

09 Noyabr 2020 16:13 1028


SOCAR Overseas və Palmali arasında gedən məhkəmə işi üzrə London Beynəlxalq Arbitraj Məhkəməsində 5 Noyabr 2020-ci il tarixində arbitraj qərarı verilib.

Bu barədə Yaxın Şərq agentliyi MENAFM.com xəbər verir.   Qərar SOCAR Overseas-in lehinə çıxarılıb. SOCAR-ın Palmali-yə qarşı iddiaları təsdiqlənmiş və təxminən 49,5 milyon ABŞ dolları məbləğində təzminat müəyyən edilib. Palmali-nin çox milyonluq qarşılıqlı iddiası tamamilə rədd edilib.

Xatırladaq ki, SOCAR və Palmali şirkətləri arasında daha əvvəl kommersiya münasibətləri mövcud olub. Bununla belə tərəflər heç vaxt birgə müəssisə qurmayıblar. Palmali şirkətinin öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində SOCAR qrupuna daxil olan şirkətlər 2018-ci ildən bəri Palmali qrupuna daxil olan şikətlərə və Mübariz Mənsimova qarşı arbitraj prosedurlarına başlayıblar. Beləliklə, iki ildən artıq davam edən 3 beynəlxalq arbitraj prosesindən biri artıq başa çatmış oldu. pizza mizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!