Londonda Azərbaycan haqqında lövhələr quraşdırıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Londonda Azərbaycan haqqında lövhələr quraşdırıldı - Foto

Dünya

30 May 2021 17:45 915


Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Birləşmiş Krallıqda fəaliyyət göstərən "Natavan Qrup" və Britaniya Azərbaycanlıları Assosiasiyanın birgə təşkilatçılığı ilə İngiltərənin paytaxtı London şəhərində 28 may – Respublika Gününə həsr olunmuş məlumat xarakterli bilbordlar yerləşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Yenisabah.az-a verilən məlumata görə, lövhələrdə 28 may tarixinin Azərbaycanın Respublika Günü kimi qeyd edildiyinə, ölkəmizin Şərqdə ilk demokratik respublika yaratdığına diqqət cəlb edilib. Lövhələrdə məlumatlar Azərbaycanın paytaxtı Bakı şəhərinin və üçrəngli dövlət bayrağımızın təsviri fonunda yerləşdirilib.

Lövhənin qarşısından soydaşlarımıza müraciət edən diaspor fəalları Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik ediblər və "Yaşasın, Azərbaycan!" şüarını səsləndiriblər. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!