Londonda Azərbaycana dəstək məqsədilə avtoyürüş keçirilib -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Londonda Azərbaycana dəstək məqsədilə avtoyürüş keçirilib - Fotolar

Hadisə

19 Oktyabr 2020 15:12 1011


Böyük Britaniyada yaşayan azərbaycanlılar Londonda Azərbaycan Ordusuna dəstək məqsədilə avtoyürüş keçiriblər.

Yenisabah.az xəbər verir ki, 18 oktyabr – Dövlət Müstəqilliyi Günündə Londonda “Trent Park” yaxınlığından start götürüb, “Alexandra Palace” adlanan ərazidə başa çatan avtoyürüşə Britaniyanın müxtəlif şəhərində yaşayan azərbaycanlılar, türkiyəlilər, İsrail vətəndaşları qatılıblar.

Üzərində Azərbaycan bayrağı olan avtomobillərdə hərəkət edən avtoyürüş iştirakçıları ictimaiyyətin diqqətini cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonların, o cümlədən Gəncə və Mingəçevir şəhərlərinin mülki əhalisinin ağır artilleriyadan atəşə tutulmasına yönəldiblər. Marqarita pizza

Avtoyürüş iştirakçıları daha sonra “Alexandra Palace”da toplaşaraq şəhidlərin və həyatını itirən mülki vətəndaşların ruhunu bir dəqiqəlik sükutla yad ediblər, daha sonra Azərbaycanın Dövlət himni oxunub.

Aksiyanın təşkilatçılarından olan Ləman Ağası qeyd edib ki, Britaniyada yaşayan azərbaycanlılar müxtəlif aksiyalar vasitəsilə Britaniya və dünya ictimaiyyətinin diqqətini erməni vəhşiliyinə çəkmək istəyirlər. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!