Londonda partlayış oldu

saytların hazırlanması

Evə çatdırılma

Londonda partlayış oldu

Hadisə

28 İyun 2021 19:04 1013


İngiltərənin paytaxtı Londonun yanğınsöndürənləri “Elephant & Castle” metrostansiyasının yaxınlığında kommersiya obyektlərini, avtomobillərini, telefon köşkünü bürümüş alovu söndürürlər.

Yenisabah.az xəbər verir ki, bu barədə yanğınsöndürmə xidmətinin məlumatında bildirilir.

"Dəmir yolu tağlarının altında üç ticarət obyekti, həmçinin dörd avtomobil və dəmiryol vağzalının yanında telefon köşkü yanır. Yol bağlanıb və insanlara bu əraziyə gəlməkdən çəkinmək, pəncərələri və qapıları bağlı saxlamaq tövsiyə edilir", - xidmətin tvitterdəki səhifəsində deyilir. Toyuqlu pizza

Ərazidə 10 yanğınsöndürən maşın və 70 yanğınsöndürən işləyir.

Hadisə ilə bağlı yayılan video və fotolarda yanğın yerində tüstünün qalxması əks olunur. Şahidlərin sözlərinə görə, hadisə yerində partlayışa oxşar səslər eşidilib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!