Londonda “Qarabağın səsi” xeyriyyə konserti keçiriləcək - Video

saytların hazırlanması

Evə çatdırılma

Londonda “Qarabağın səsi” xeyriyyə konserti keçiriləcək - Video

Mədəniyyət

10 Yanvar 2021 15:25 1809


Yanvarın 10-u Bakı vaxtilə saat 21:00-da Böyük Britaniyanın paytaxtı London şəhərində fəaliyyət göstərən Beynəlxalq Azərbaycan İcmasının və "Red Hearts" Fondu ilə əməkdaşlıq edən könüllülər qrupunun təşəbbüsü ilə "Qarabağın Səsi" ("Voice of Karabakh") adlı qlobal onlayn xeyriyyə konserti keçiriləcək.

Bu barədə Yenisabah.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Britaniya Azərbaycanlıları İcmasının və Beynəlxalq Azərbaycan İcmasının sədri Fəridə Pənahova bildirib ki, məqsəd Vətən müharibəsi şəhidlərinin ailələrinə və müharibə zamanı zərərçəkmiş mülki əhaliyə dəstək göstərməkdir. Dominos pizza

Konsertdə ölkəmizin tanınmış müğənniləri Fidan Hacıyeva, Mirələm Mirələmov, Tünzalə Ağayeva, Miri Yusif, Murad Arif və digərləri iştirak edəcəklər.

"Qarabağın Səsi" xeyriyyə konserti Azərbaycan Beynəlxalq Cəmiyyətinin youtube kanalı vasitəsilə nümayiş etdiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!