Los-Ancelesə göndərilən Milli Qvardiya əsgərlərinin sayı ikiqat artırıldı

saytların hazırlanması

Evə çatdırılma

Los-Ancelesə göndərilən Milli Qvardiya əsgərlərinin sayı ikiqat artırıldı

Dünya

10 İyun 2025 08:19 283


ABŞ administrasiyası Los-Ancelesə göndərilən Milli Qvardiya əsgərlərinin sayını ikiqat artırıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Şon Parnel məlumat yayıb. Qeyd olunub ki, miqrantların aksiyası ilə bağlı göndərilən Milli Qvardiya əsgərlərinin sayı 4100 olub.

Sözçü bildirib ki, qoşunlar İmmiqrasiya və Gömrük Xidmətini dəstəkləmək və federal hüquq-mühafizə orqanlarına öz vəzifələrini təhlükəsiz şəkildə yerinə yetirməsinə kömək etmək üçün orada olacaq. Marqarita pizza

Əmr yerli vaxtla bazar ertəsi axşam (Bakı vaxtı ilə çərşənbə günü erkən saatlarda) verildiyi üçün əlavə qoşunların gəlməsi bir və ya iki gün çəkə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!