Fransanın PSJ komandasının yeni baş məşqçisi bəlli olub.
Yenisabah.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Məlumatda qeyd olunub ki, bu vəzifəyə Luis Enrike gətirilib. Pepperoni pizza
İspaniyalı mütəxəssis bu gün istefaya göndərilən Kristofer Qaltyeni əvəzləyib.
53 yaşlı çalışdırıcı ilə iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, Luis Enrikenin son iş yeri İspaniya millisi olub. O, məşqçilik karyerası ərzində İtaliyanın "Roma", ölkəsinin "Selta" və "Barselona" klublarına da rəhbərlik edib.
Telegram kanalımız