Belçika millisinin futbolçusu Romelu Lukaku karyerasını Səudiyyə Ərəbistanına davam etdirməyə yaxındır.
Yenisabah.az Apasport-a istinadla xəbər verir ki, “Çelsi”nin hücumçusu danışıqların ikinci mərhələsi üçün Asiya ölkəsinə yollanıb.
Kriştiano Ronaldonun da şərəfini qoruduğu “Əl-Nəsr”lə ilkin razılıq əldə edən Lukakunun keçidinin rəsmiləşəcəyi gözlənilir. 30 yaşlı forvard yeni klubunda mövsümdə 25 milyon avro qazanmaq imkanı əldə edib. Lakin onun keçidinə “Çelsi” ilə müqaviləsi mane ola bilər. 2026-cı ilədək İngiltərə klubuna bağlı olan futbolçu üçün 50 milyon avro tələb olunur. Ərəblər bu məbləğdə güzəştə nail olmaq arzusundadır. pizza sifarişi
Qeyd edək ki, Romelu ötən mövsümdə icarə əsasında “İnter”də çıxış edib.
Telegram kanalımız