Lukaşenko 123 məhbusu əfv etdi

saytların hazırlanması

Evə çatdırılma

Lukaşenko 123 məhbusu əfv etdi

Dünya

13 Dekabr 2025 19:46 769


Belarus Prezidenti Aleksandr Lukaşenko kalium sənayesinə qarşı ABŞ-nin sanksiyalarının ləğvinə cavab olaraq müxtəlif ölkələrin 123 vətəndaşını azadlığa buraxıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Belarus pPrezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, əfv olunanlar arasında Belarus müxalifətinin liderlərindən olan Mariya Kolesnikova da var. Dördpendirli pizza

Qeyd olunub ki, azadlığa çıxan şəxslər daha əvvəl casusluq, terrorçuluq, ekstremist fəaliyyət və digər maddələrlə məhkum ediliblər.

Xatırladaq ki, Lukaşenko son vaxtlar Böyük Britaniya, ABŞ, Litva, Ukrayna, Latviya, Avstraliya və Yaponiya vətəndaşları da daxil olmaqla ümumilikdə 156 nəfəri əfv edib./Oxu.Az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!