Lukaşenko and içdi - Yeddinci dəfə

saytların hazırlanması

Evə çatdırılma

Lukaşenko and içdi - Yeddinci dəfə

Dünya

25 Mart 2025 15:09 347


2025-ci il yanvarın 26-da keçirilən seçkidə yeddinci dəfə Belarus Prezidenti seçilən Aleksandr Lukaşenko rəsmən səlahiyyətlərinin icrasına başlayıb.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, Minskdəki Müstəqillik Sarayında prezidentin təntənəli andiçmə mərasimi keçirilib.

Ölkənin yüksəkvəzifəli şəxslərinin, eləcə də inaqurasiyaya dəvət olunmuş çox sayda qonağın iştirak etdiyi mərasimdə A.Lukaşenko sağ əlini Belarus Konstitusiyasının üzərinə qoyaraq, belarus dilində xalqa sədaqətlə xidmət edəcəyinə, insan və vətəndaşın hüquq və azadlıqlarına hörmətlə yanaşacağına və qoruyacağına, ölkənin əsas qanunlarına əməl edəcəyinə və qoruyacağına and içib. Sezar pizza

Bundan sonra dövlət başçısı vəzifəyə başlamaya dair aktı imzalayıb. Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko A.Lukaşenkoya prezident vəsiqəsini təqdim edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!