“Lukaşenko ilə gizlicə görüşmüşəm“   - Saakaşvili

saytların hazırlanması

Evə çatdırılma

“Lukaşenko ilə gizlicə görüşmüşəm“ - Saakaşvili

Rəsmi

09 Fevral 2022 17:09 833


"Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımamaq üçün Londonda Belarus lideri Aleksandr Lukaşenko ilə gizlicə görüşmüşəm".

Yenisabah.az xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Tbilisi məhkəməsində çıxışı zamanı bildirib.

O bunun ölkəni idarə etdiyi illərdə baş verdiyini deyib. pizza hut

Bundan əvvəl Lukaşenka “Solovyov Live” YouTube kanalı üçün jurnalist Vladimir Solovyova müsahibəsində Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınmasını istisna etmədiyini bildirib.

Gürcüstan Xarici İşlər Nazirliyi bəyan edib ki, Abxaziya və Cənubi Osetiyanın tanınması məsələsi Gürcüstan və Belarus arasında ikitərəfli münasibətlərin gündəliyində deyil.

“Mən həqiqətən də Londonda dörd dəfə olmuşam və Lukaşenko ilə dörd gizli görüş keçirmişəm.Bu barədə ilk dəfədir danışıram, gizli idi. Ərazilərin Belarus prezidenti tərəfindən hələ də tanınmaması bu görüşlərin nəticəsidir”, - deyə Saakaşvili qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!