Lukaşenko: Mən gedən prezidentəm

saytların hazırlanması

Evə çatdırılma

Lukaşenko: Mən gedən prezidentəm

Dünya

18 Dekabr 2025 10:56 305


Aleksandr Lukaşenko özünü problemlərini gələcək nəsillərə ötürmək istəməyən “gedən” prezident adlandırıb.

"Yeni Sabah" Newsmax TV-yə istinadla xəbər verir ki, Belarus lideri müsahibəsində bildirib:

“Mən səlahiyyət müddətini başa vuran prezidentəm, bunu tez-tez deyirəm və prezident olduğum müddətdə yaranan problemlərin gələcək nəsillərə ötürülməsini istəmirəm”. Dördpendirli pizza

O, Minsk və Vaşinqton arasında yaxşı münasibətlər qurmaq istəyini vurğulayıb və Donald Trampı 2020-ci ildə, ABŞ və digər Qərb ölkələrinin Belarusda hökumət əleyhinə etirazları dəstəklədiyi zaman yaranan fikir ayrılıqlarını aradan qaldırmağa çağırıb:

"Hər nəsil öz problemlərini həll etməlidir. Bizim nəslin, Trampın, Lukaşenkonun nəslinin problemləri var və biz onları həll etməliyik".

Belarus Prezidenti bildirib ki, Vaşinqton 2020-ci ildə Belarusda keçirilən etiraz aksiyalarına dəstək verərək məğlub olub və məğlubiyyətini etiraf etməlidir.

May ayında Lukashenko gənc liderlər nəslini hazırlamaq üçün hakimiyyətdə "bir az daha qaldığını" bəyan edib. Avqust ayında Lukaşenko növbəti prezidentlik müddətinə namizədliyini irəli sürmək fikrində olmadığını açıqlamışdı.

Aleksandr Lukaşenko 1994-cü ildən Belarus prezidentidir. O, tacikistanlı Emoməli Rəhmonla birlikdə MDB liderləri arasında ən uzun müddətdir hakimiyyətdə olan liderdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!