Belarus ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib. Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, döyüş hazırlığı çərçivəsində “An-26 50 SAB”, “Yak-130 116 ShAB”, “Su-30SM 61 IAB” qırıcı təyyarələrinin planlı uçuşları həyata keçiriləcək.
Pilotlar cüt halda havaya qalxacaq təyyarələrdə birgə hərəkət edəcəklər. Bundan əlavə, 19-cu və 120-ci mexanikləşdirilmiş briqadaların zenit-raket artilleriya batalyonları “Tunguska” zenit-raket və top sistemlərindən atəş açmağa və “İgla” portativ hava hücumundan müdafiə sistemlərini işə salmağa hazırlaşırlar.
Müdafiə Nazirliyi əlavə edib ki, hərbi hissələr Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının 174-cü təlim poliqonunda toplanırlar. Dördpendirli pizza
Telegram kanalımız