Lukaşenko Putindən kömək istədi

saytların hazırlanması

Evə çatdırılma

Lukaşenko Putindən kömək istədi

Siyasət

15 Avqust 2020 23:15 1507


Belarus prezidenti Aleksandr Lukaşenko Müdafiə Nazirliyinin Strateji idarəetmə Mərkəzində keçirilən iclas zamanı bildirib ki, Rusiya prezidenti Vladimir Putin ehtiyac yaranacağı təqdirdə kömək göstərəcəyi haqqında razılığa gəlib.

Yenisabah.az xəbər verir ki, bu barədə “Sputnik Belarus” məlumat yayıb.

Lukaşenko fikrini belə əsaslandırıb: pizza mizza

“Hərbi vəziyyət haqqında söhbət gedərsə, bizim Rusiya ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində razılığımız var. Məhz bu məqamlar o razılaşmaya uyğundur. Ona görə də bu gün Rusiya prezidenti ilə vəziyyət barədə uzun və ətraflı söhbətim oldu. Deməliyəm ki, o məni təəccübləndirdi – baş verənlər haqqında tamamilə məlumatlıdır”.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!