Amerika prezidenti Donald Tramp Ukraynadakı münaqişəni dayandırarsa, ABŞ-ın ən sülhsevər prezidenti kimi tarixə düşə bilər.
"Yeni Sabah" xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Amerikanın Newsmax TV telekanalına müsahibəsində deyib.
O bildirib: "Ukraynadakı bu münaqişə Trampın köməyi ilə dayandırılarsa, o, tarixə düşəcək. Onun heç bir Nobel mükafatına ehtiyacı yoxdur. O, Amerika Birləşmiş Ştatlarının ən sülhsevər prezidenti kimi tarixə düşəcək". pizza hut
Belarus liderinin sözlərinə görə, bunu Franklin Ruzveltdən sonra ABŞ-nin digər prezidentləri haqqında demək olmaz, Trampı fərqləndirən budur:
"Onun yeddi və ya səkkiz müharibəni və ya münaqişələri dayandırmasının fərqi yoxdur. Amma o, buna sadiqdir və müəyyən mənada uğur qazanır".
Telegram kanalımız