Lukaşenko Zelenski ilə danışıqlar aparmaq istəyir

saytların hazırlanması

Evə çatdırılma

Lukaşenko Zelenski ilə danışıqlar aparmaq istəyir

Siyasət

26 Sentyabr 2025 21:46 328


Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna lideri Volodimir Zelenski ilə danışıqlar aparmaq istədiyini bildirib.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Lukaşenko "Rossiya 1" telekanalına müsahibəsində deyib.

"Mən onunla sadəcə danışmaq istərdim. Ona deyəcəklərim var. Düşünürəm ki, məsləhətləşmələrə başlamağın vaxtı çatıb. Rusiya ordusu bütün cəbhələrdə böyük məskunlaşma məntəqələrini nəzarətə götürüb, onların qarşısını almaq çətin olacaq", - Lukaşenko söyləyib. pizza hut

O hesab edir ki, Zelenski dayanmasa, bütün Ukraynanı itirəcək.

"Ukrayna münaqişəsi ilə bağlı yaxşı təkliflər var, ABŞ Prezidenti Donald Tramp da buna şahiddir", - Lukaşenko bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!