Lukaşenkoya inək hədiyyə olundu -   Görün nə edəcək

saytların hazırlanması

Evə çatdırılma

Lukaşenkoya inək hədiyyə olundu - Görün nə edəcək

Dünya

13 Mart 2026 13:01 340


Belarus Prezidenti Aleksandr Lukaşenkoya inək hədiyyə olunub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Dövlət başçısı ölkənin Mogilyov vilayətində iri buynuzlu heyvanların yetişdirildiyi damazlıq təsərrüfatına baş çəkib. Burada ona inək hədiyyə verilib. pizza

Həmin inəyin iyul ayında buzov doğacağı gözlənilir.

A.Lukaşenko bildirib ki, əgər dişi buzov doğularsa, onu öz fermasında saxlayacaq. erkək buzov doğularsa, heyvan yenidən Mogilyov vilayətinə qaytarılacaq.

Belarusun dövlət agentliyi BelTAnın məlumatına görə, dövlət başçısı çıxışı zamanı heyvanların tələf olması probleminə də toxunaraq bunun yolverilməz olduğunu vurğulayıb.

“Heyvanların tələf olmasına dözə bilmirəm, xüsusilə də buzovların. Mən kənddə böyümüşəm. Evimizdə həm qoyun, həm də keçi olub”, - A.Lukaşenko bildirib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!