Lüks avtomobillə “saxla” əmri verən polisi vurdu - Azərbaycanda

saytların hazırlanması

Evə çatdırılma

Lüks avtomobillə “saxla” əmri verən polisi vurdu - Azərbaycanda

Kriminal

14 Aprel 2020 13:25 1148


Bu gün saat 12 radələrində Bakı-Qazax avtomagistralının Hacıqabul rayonundan keçən hissəsində xüsusi karantin rejimi ilə əlaqədar polis tərəfindən qurulmuş postda insident baş verib.

Yenisabah.az xəbər verir ki, Qazax istiqamətində hərəkət edən “Mercedes S Class 500” markalı lüks avtomobil polisin “saxla” əmrinə tabe olmayıb.

10-00-018 dövlət nömrə nişanlı lüks avtomobil sürətlə hərəkət edərək, onu saxlamağa çalışan polisi vurub. pizza sifarişi

Polis serjantı dərhal həmkarlarının köməyi ilə xəstəxanaya aparılıb.

Əraziyə post-patrul xidməti əməkdaşları cəlb edilib və hadisəni törədən sürücü saxlanılıb. /Publika.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!