“Lunapark“da ölüm - Təcili yardım çağırılmadı

saytların hazırlanması

Evə çatdırılma

“Lunapark“da ölüm - Təcili yardım çağırılmadı

Hadisə

01 Sentyabr 2021 10:46 3138


Türkiyənin Avcılar bölgəsindəki "Lunapark"a gedən 19 yaşlı Zeynep Günay “Kamikadze” adlı atraksionda dünyasını dəyişib. 

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənc qızın təcili yardımın gec çağırılmasına görə həyatını itirdiyi deyilir. 

Zeynep Günayın yaxınları əyləncə parkı rəhbərlərinin təcili yardımı çağırmadıqlarını iddia ediblər. Marqarita pizza

Atraksionun sürətinin artması ilə daha da pisləşən Zeynep Günay düşmək istəsə də, "Lunapark" işçiləri buna imkan verməyib.

Bir müddət sonra mübahisələrdən sonra dayandırılan atraksiondan düşürülən Zeynep Günaya təcili yardım çağırılıb.

İşçilər təcili yardımı çağırdıqlarını iddia etsələr də, maşın gəlməyib.

Daha sonra 112-ə zəng vuran ailəyə təcili yardım çağırılmadığı deyilib. 

Həmin anın görüntülərini təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!