“Lütfi Zadəyə də savadsız deyənlər oldu“ - “Onlar çamur atmaqda pərgardır“

saytların hazırlanması

Evə çatdırılma

“Lütfi Zadəyə də savadsız deyənlər oldu“ - “Onlar çamur atmaqda pərgardır“

Şou

10 May 2022 13:29 382


Teleaparıcı Zümrüd Bədəlovanın Əhməd Cavadın nəvəsi Anar Axunzadəyə verdiyi sual aparıcıların intellektual səviyyəsini yenidən gündəmə gətirib. Hamı soruşur: Görəsən, bu cür aparıcılar efirə necə yol tapır? Doğrudanmı bu gün Azərbaycan teleməkanında savadlı aparıcı heç yoxdur?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan “SOY” prodakşının rəhbəri Oqtay Əliyev aparıcılara qarşı bu cür münasibətin doğru olmadığını deyib:

“Azərbaycan telekanallarında aparıcı olmaq üçün insanlar illərlə çalışıb-vuruşur, sonra aparıcı kimi təqdim olunurlar. Bəli, bu gün sponsorla olan verilişlər var, amma onlar yalnız internet vasitəsilə, “YouTube”da fəaliyyət göstərirlər. pizza mizza

Televiziyalarda xəbər proqramı, yaxud hər hansı ictimai-siyasi verilişin aparıcısı olmaq üçün ən azı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olmaq vacibdir. Bundan əlavə, həmin şəxs 6-7 il müxbir kimi çalışmalıdır, yalnız bundan sonra xəbər proqramının aparıcısı ola bilər”.

Oqtay Əliyevin sözlərinə görə, əyləncəli şou verilişlərinin aparıcılarını “savadsız” adlandırmaq doğru deyil:

“Əyləncəli veriliş aparıcılarının hamısını hər kəs tanıyır. Onların hər birinin ən azı 10-15 ildən çox iş stajı var. Bu şəxslər illərlə “bişib”, yaşları, təcrübələri, ağılları var, birdən-birə onlara “səviyyəsiz” demək düzgün deyil.

Doğrudur, aparıcı da səhv edə bilər, bu normaldır, axı o, günün 14 saatını efirdə keçirir, nədəsə kiçik bir qüsur ola bilər. Amma bu o demək deyil ki, tam savadsız və ya intellektual səviyyələri aşağıdır.

Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, əhalisinin 90 faizindən çoxu savadlı və intellektual insanlardır. Çünki təhsilə, peşəyə ailəlikcə önəm verilir. Hamı istəyir ki, övladı savadlı olsun. Bunun müzakirəyə belə ehtiyacı yoxdur”.

Prodüser qeyd edib ki, insanlar kiməsə çamur atmaqda pərgardır:

“Bunu hər zaman edirlər. Təəssüf ki, o sözü Lütfi Zadəyə də deyənlər oldu. Bu o demək deyil ki, Lütfi Zadə savadsızdır. Kiməsə nəsə demək məsələsində pərgarıq. Ömür boyu Azərbaycan üçün əlindən gələni edən istənilən şəxsə istənilən vaxt çamur ata bilirik, bunda peşəkarıq. Bu, əlimizdən gələn ən gözəl işdir”.

Əsmətxanım RZAZADƏ

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!