Maaş və müavinətlər artırılır:   İlham Əliyevdən tapşırıq

saytların hazırlanması

Evə çatdırılma

Maaş və müavinətlər artırılır: İlham Əliyevdən tapşırıq

Siyasət

18 Noyabr 2024 15:13 15978


Prezident İlham Əliyev Azərbaycan hökumətinə əmək haqlarının və sosial müavinətlərin artırılması ilə bağlı tapşırıq verib.

“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaya və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ilə bağlı müzakirələrdə maliyyə naziri Samir Şərifov bildirib. "Gələn ilin büdcəsində bununla bağlı müvafiq vəsait nəzərədə tutulub", - deyə o qeyd edib.

Bundan başqa, nazir deyib ki, büdcə xərclərinin səmərəliliyi məsələsi hökuməti maraqlandıran məsələlərdən biridir: pizza

"Burada konsensus tapmalıyıq ki, xərclər necə planlaşdırılsın. Həm hökumət, həm də Hesablama Palatası vasitəsilə Milli Məclisin xərclərə nəzarəti olmalıdır".

S.Şərifov həmçinin bildirib ki, fiskal orqanların fəaliyyəti və dövlətin stimullaşdırma tədbirləri nəticəsində qeyri-neft-qaz sektorunda müsbət nəticələr var:

"Ola bilər ki, qeyri-neft-qaz sektorunda vəziyyət hazırda istənilən səviyyədə deyil, ancaq bu il büdcəyə 960 milyon manat əlavə qeyri-neft-qaz gəlirləri daxil olub".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rahim
    80 manat vessallam dövletden aldığım odu onun da ki üstüne 12 manat qoyub kredite ödeyirem sağolsunlar kömek edirler çox gözel sürünürük
    1 year ago
  • Ləman
    Salam.İş var ki,maaşda qalxsin nə uşaq pulu ne sosial yardım sürünürük deyirlər hələ her sey yaxsidir bir qarın ac bir qarın tox uşaq böyüdürük illərdi.
    1 year ago