Maaş və pensiyalarla bağlı MÜJDƏ

saytların hazırlanması

Evə çatdırılma

Maaş və pensiyalarla bağlı MÜJDƏ

Sosial

17 İyun 2025 14:03 11853


Xəbər verdiyimiz kimi, Azərbaycanda bəzi sosial müavinət və təqaüdlərin məbləği artırılıb. Mütəxəssislər bu addımların davamlı olacağını istisna etmir. Hazırda əməkhaqqı və pensiyaların da yüksəldilməsi ilə bağlı müzakirələr aparılır.

“Yeni Sabah” xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Pərviz Heydərov deyib ki, gələn aydan qüvvəyə minəcək artımlar 5-ci sosial islahat paketinin ikinci mərhələsi çərçivəsində həyata keçirilir:

“Aprel ayından etibarən, bunun olacağı gözlənilirdi. Çünki ölkə başçısı Nazirlər Kabinetinə bu istiqamətdə təkliflərin hazırlanması üçün 3 ay vaxt vermişdi. Müavinət və təqaüdlərin artırılmasından öncə isə minimum əməkhaqqı və pensiya məbləği yüksəldilmişdi. Eyni zamanda, bəzi büdcə təşkilatlarında maaş artımları da həyata keçirildi. İyul ayında tətbiq olunacaq artımlar məhz bu paket çərçivəsində son mərhələdir. Cari il ərzində bundan əlavə yeni artımlar gözlənilmir”. Dördpendirli pizza

İqtisadçı bildirib ki, sosial islahatlar mərhələli şəkildə həyata keçirilir və gələcəkdə oxşar addımların atılması planlaşdırılır:

“Sosial xərclərin artırılması hökumətin prioritet istiqamətlərindən biridir. İqtisadiyyat inkişaf etdikcə, zaman dəyişdikcə və əhalinin sayı artdıqca tələbat da yüksəlir. Həmçinin inflyasiya sürətlənir. Bu baxımdan əhalinin sosial rifahının qorunması üçün mütəmadi artımlar qaçılmaz zərurətə çevrilir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!