“Maaşımdan imtina edəcəm” - Deputatlığa namizəddən bəyanat

saytların hazırlanması

Evə çatdırılma

“Maaşımdan imtina edəcəm” - Deputatlığa namizəddən bəyanat

Siyasət

27 Dekabr 2019 14:20 1519


“Əgər Milli Məclisin növbədənkənar seçkilərində iştirak edəcəyim halda qalib gələrəmsə, millət vəkilinin vəzifə maaşından imtina edərək, o pulu hər ay rayonda məskunlaşan məcburi köçkünlərə, kimsəsiz uşaqlara və aztəminatlı ailələrə verəcəm”.

“Yeni Sabah” xəbər verir ki, bunu təhsil üzrə mütəxəssis Elçin Əfəndi öz “Facebook” hesabında bəyan edib.

O qeyd edib ki, bunun üçün xüsusi komissiya yaradılacaq və həmin komissiya məvacibi müvafiq kateqoriya üzrə aiddiyyatı şəxslərə təqdim edəcək. pizza sifarişi

Qeyd edək ki, E.Əfəndi 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputatlığa namizədliyini verib.

Sabrina Eldarqızı

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!