Maaşın çoxu ərzaqa gedir - İqtisadçıdan açıqlama - Video

saytların hazırlanması

Evə çatdırılma

Maaşın çoxu ərzaqa gedir - İqtisadçıdan açıqlama - Video

Sosial

22 May 2023 15:34 617


Azərbaycanda adambaşına düşən orta aylıq xərcin miqdarı 16.6 faiz artıb.

Yenisabah.az Xəzər Xəbər-ə istinadla xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda deyilir.

2023-cü ilin yanvar-aprel aylarında-yəni 4 ay müddətində vətəndaşlar qazanclarınn 52,7%-ni ərzaq məhsullarına, 4,9 faizini içki və tütün məmulatlarına, 13%-ni geyimə, 5,7 faizini yanacağa, 4,4 faizini elektrik malları və mebellərə, 2,4 faizini dərmanlara, 1,1 faizini texniki avadanlıqlara, 15,8 faizini isə digər qeyri-ərzaq mallarının alınmasına sərf ediblər. Dominos pizza

Vətəndaşlar da məhsulların bahalığından şikayətlənir və maaşlarının əksər hissəsini ərzaq məhsullarına xərclədiklərini bildirirlər.

Mövzu ilə bağlı danışan iqtisadçı - ekspert Eldəniz Əmirov deyir ki, ölkədə adambaşına düşən xərclərin artmasının əsas səbəbi inflyasiyadır.

İqtisadçı bildirir ki, dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə Azərbaycanda ərzaq məhsullarına daha çox vəsaitin xərclənməsi müsbət hal deyil.

Ekpertin fikrincə, növbəti aylarda inflyasiya davam edərsə, adambaşına düşən xərclər artacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!